Xalqımız Ali Baş Komandanına və öz ordusuna inanır
15.09.2022 [16:30]
Vüqar Bayramov
Millət vəkili
Azərbaycan hər zaman Qafqazda sülhə dəstək verən ölkə olaraq region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması çərçivəsində qonşuluq siyasətinə üstünlük verir. Avqustun 31-də Brüsseldə baş tutan üçtərəfli görüşdən sonra Ermənistanın sentyabrın 13-dəki təxribatı qarşı tərəfin sülhə hazır olmadığını bir daha göstərdi. Təbii ki, Azərbaycan ordusu bu təxribatın qarşısını almalı idi və şanlı ordumuz düşmənin atəş nöqtələrini zərərsizləşdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz düşmən təxribatlarının qarşısını alaraq dövlət sərhəddimizdə vəziyyətə tamamilə nəzarətdə saxlayır.
İkinci Qarabağ müharibəsi zamanı nəinki təmas xəttində, hətta döyüş bölgələrindən uzaqda yerləşən Gəncə, Bərdə kimi şəhərlərimizi raket atəşinə tutan Ermənistanı bir dəfə də olsun ittiham etməyənlər indi döyüşdə məhv edilən erməni hərbiçilərini "günahsız mülki sakinlər" kimi təqdim etməkdən belə çəkinmirlər. Ən çox təəssüf doğuran məqamlardan biri də təbii ki, yalnız erməni lobbisinin təsiri altında olan qurumların deyil, bir sıra Azərbaycanlı “siyasətçilərin” də dövlətimizi hətta təcavüzkar kimi ölkə kimi təqdim etməyə cəhd göstərməsi və milli birliyə xələl salmağa çalışmasıdır. Belə fikirlər əslində Azərbaycanın haqq işinə kölgə salmaqla yanaşı ölkəmizlə istər açıq, istərsə də pərdə arxası mübarizə aparan bəzi dövlətləri hərəkətə gətirir.
Ermənistanın feyk xəbərlərinə istinad edərək ölkəmizə təzyiq etməyə çalışan dövlətlərin olduğu və milli maraqlarımızın qorunmasının böyük əhəmiyyət daşıdığı belə bir həssas zamanda məhz bu qüvvələrin Azərbaycanı istəməyənlərin yanında durması bir daha onların xəyanətkar niyyətlərini göstərir. Onların mövqeyi düşmənin yanaşmasından heç nə ilə fərqlənmir. Əksinə, öz siyasi maraqlarına bəzən daha “irəli” gedərək vətəndaşlarımız arasında ruh düşkünlüyü yaratmağa cəhd edirlər. Aydındır ki, bütün bunlar mənasız və uğursuz cəhdlərdir. Xalqımız Ali Baş Komandanına və öz ordusuna inanır. Məhz bu inam milli birliyimizi möhkəmləndirir və bizi zəfərlərə daşıyır.
Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq 44 günlük Vətən Müharibəsində olduğu kimi xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş komandanın rəhbərliyi altında bütün strateji hədəflərə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19

