Azərbaycan XİN bəyan edir
04.08.2022 [10:24]
Erməni təxribatları nəyə hesablanıb?
Hərbi ekspert: Azərbaycan əsgərinə atəş açılan ərazilər darmadağın edilməlidir
Nardar BAYRAMLI
Son günlər Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təxribatlar artmaqda davam edir. Bu günlərdə isə bu təxribatlara tuş gələn ərazilərimizin miqyası daha da genişlənib.
Görünən odur ki, erməni tərəfi sülh təşəbbüslərinə nəinki adekvat cavab vermir, əksinə, gərginliyin artmasında maraqlıdır. Son günlərin statistikasına nəzər yetirək. Azərbaycan Müdafiə Nazirliyinin iyulun 26-da açıqladığı məlumatda qeyd olunurdu ki, erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bundan sonra da dövlət sərhədində atışmalar qeydə alındı. Bir neçə gün öncə Füzuli rayonunda minatəmizləmə işi ilə məşğul olan şirkətin üç əməkdaşı piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu hadisələrin baş verdiyi günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidentinin telefon danışığı olub. Telefon danışığında üçtərəfli bəyanatların icrasının praktiki aspektləri müzakirə olunub. Eyni zamanda, Rusiyanın müdafiə naziri Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edərək regional təhlükəsizlik məsələsini müzakirə ediblər.
Avqustun 3-də isə Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Ordumuzun bölmələrinin mövqeləri intensiv atəşə tutulub. Nəticədə hərbi qulluqçu əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Göründüyü kimi, həm Ermənistan, həm də Qarabağ separatçıları təxribatlarını artırırlar. Son hadisələrlə bağlı artıq Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin məlumatında qeyd olunur ki, Azərbaycan tərəfi Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını dəfələrlə bəyan edib: “Avqustun 3-də baş vermiş qanlı insident bir daha Ermənistanın üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda, iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərə xələl gətirdiyini nümayiş etdirir. Bu, həmçinin Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyinin göstəricisidir”.
“Azərbaycan ərazisində baş verən insidentin bütün məsuliyyəti qonşu dövlətin torpaqlarında qanunsuz silahlı birləşmələrini hələ də çıxarmayan Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Azərbaycan ərazilərinin təhlükəsizliyi, sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün tərəfimizdən bütün müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək”,-deyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.
Hərbi ekspert Ədalət Verdiyev qəzetimizə açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsindən iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistanın terrorçuluq mahiyyəti bu gün də davam edir. Azərbaycanın münaqişənin başa çatması üçün verdiyi təklifləri dəyərləndirməkdən, sülh müqaviləsinin imzalanmasından müxtəlif bəhanələrlə boyun qaçırdığını bildirən hərbi ekspert söyləyib ki, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan bu gün də böyük Qafqaz regionunda təhlükəsizliyə ən böyük təhdid törədən yeganə ölkə kimi qalmaqdadır. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, özünü demokrat elan edən Paşinyan hakimiyyətə gəldi. Bu ölkə müharibədə ağır məğlubiyyətə uğramasına baxmayaraq, yenə də öz terrorçu mahiyyətindən əl çəkmir.
Onun sözlərinə görə, yüzlərlə insanın minaların qurbanı olması Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terrorçuluq mahiyyətinin növbəti təzahürüdür və bu savaş 44 günlük Vətən müharibəsindən ötən iki ildən artıq dövrdə də davam edir. Ə.Verdiyev qeyd edib ki, bu, eyni zamanda müharibənin başa çatmasından iki il ötməsinə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı terror siyasətinin bu gün də davam etdiyini göstərir. Ümumiyyətlə, yüzlərlə mina partlaması nəticəsində Azərbaycanın 200-dən çox vətəndaşının minada yaralanması, həyatını itirməsi bir daha Ermənistanın bəşəriyyət əleyhinə cinayətlərdə dövlət səviyyəsində iştirakını sübut edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük əksəriyyəti minalanıb, hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Hazırda Ermənistanın iki ölkənin sərhədlərini minalaması onların əsl xislətindən xəbər verir. “Kapitulyasiya aktını imzalamasına baxmayaraq, işğal etdiyi Azərbaycan ərazilərini tərk edən erməni silahlıları bu gün də həmin ərazilərə və onlara yaxın mövqelərdə mina basdırılmasına davam edirlər. Müharibədən sonrakı dövrdə bir neçə dəfə Azərbaycan erməni silahlılarından ibarət diversiya qruplarının ərazimizə keçməsi və onların mina basdırdıqları zamanı saxlanılması faktlarını ictimailəşdirib. Lakin bütün bunlara baxmayaraq, Ermənistan tərəfi hələ də öz çirkin niyyətindən əl çəkmir, əksinə, bu proseslərin müxtəlif bəhanələrlə davam etdirilməsinə nail olmaq istəyir”, - deyə Ə.Verdiyev vurğulayıb.
Laçın rayonunda qanunsuz erməni silahlı birləşmələrinin təxribatı nəticəsində hərbi qulluqçumuzun şəhid olmasına gəlincə, ekspert hesab edir ki, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən əsgərimizə atəş açılması qəbuledilməzdir. Ə.Verdiyev Rusiya Federasiyası sülhməramlı kontingentinin nəzarət etdiyi ərazidən Azərbaycan əsgərinə dəfələrlə atəş açıldığını xatırladaraq şəxsi heyətin həyatına təhdidlərin yarandığını vurğulayıb: “Hesab edirəm ki, Azərbaycan əsgərinə atəş açılan ərazilər darmadağın edilməlidir. Atəş açılan mövqedə Azərbaycan bayrağı qaldırılmalıdır. Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı birləşmələrinin həmin ərazilərdən təmizlənməsi prosesinə başlamalıdır”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

