Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / FHN: Amfibiya təyyarəsi 10 nəfərlik heyətlə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək

FHN: Amfibiya təyyarəsi 10 nəfərlik heyətlə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək

23.06.2022 [16:41]

Hazırda Türkiyə Respublikasının Muğla bölgəsində meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür .

APA xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov deyib.

O qeyd edib ki, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək: “Bildiyiniz kimi, ötən il də qardaş Türkiyədə baş verən yanğınların söndürülməsinə iştirak etmişdik. Amfibiya yanğınların söndürülməsinə effektiv təyyarədir. Suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın su götürmə həcminə malikdir".

Paylaş:
Baxılıb: 881 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30