Binəli Yıldırım: Qarabağ Zəfəri Qafqazda və Türk dünyasında yeni mərhələnin başlanğıcıdır
15.06.2022 [14:08]
Otuz il davam edən işğal sona çatıb, qədim Şuşa işğaldan azad olunub. Bu il birinci ildönümünü qəbul etdiyimiz, 2021-ci ildə ölkələrimiz arasında imzalan Şuşa Bəyannaməsi Türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında söyləyib.
O, iki ölkə arasındakı əlaqələrin maraq üzərində qurulmadığını, bunun qardaşlıq, dostluq əlaqələri olduğunu qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə ölkələrimiz arasındakı əlaqələri ən gözəl şəkildə ifadə ediblər.
“İndiyədək Azərbaycan-Ermənistan münaqişəsinə həll tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin diplomatik yollarla həll ediləcəyini desə də, Ermənistan tərəfinin təzyiqi ilə bu problemin həllinin uzadılmasına şərait yaratdılar”, - deyə B.Yıldırım qeyd edib.
O diqqətə çatdırıb ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb. Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını söyləyib.
“Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və Türk dünyasında yeni mərhələnin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib. Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə çatışmazlıqların tamamlanması qəbul olunub”, - deyə B.Yıldırım bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13

