Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi təşkil edilib
22.04.2022 [15:27]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Moskva Müsəlmanları Ruhani İdarəsinin, Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Moskva Hökumətinin təşəbbüsü ilə Poklonnaya qorada təşkil olunmuş “Ramazan çadırı” tədbirində ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000 nəfərə müsəlman iştirak edib.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin humanitar proqramlarının rəhbəri Tamilla Əhmədova tədbirdə iştirak edənlərin hamısına təşəkkürünü bildirib. O qeyd edib ki, Müqəddəs Qurani-Kərimin nazil olduğu müqəddəs Ramazan ayında iftar mərasimində görüş təşkil edilməsi yaxşı bir ənənəyə çevrilib. İslam dəyərləri bizim milli mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir. T.Əhmədova vurğulayıb ki, bu gün Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə lider olmaqla yanaşı, həm də dünya miqyasında dini-mənəvi dəyərlərin inkişafına böyük töhfə verən multikulturalizm mərkəzi kimi məşhurdur.
Heydər Əliyev Fondunun nümayəndəsi deyib: “Poklonnaya qoradakı memorial məsciddə gözəl bir ənənə yaranıb: bu müqəddəs Ramazan bayramı Azərbaycan diasporunun və müsəlman ümməsinin digər nümayəndələri ilə birgə qeyd edilir. Heydər Əliyev Fondunun nümayəndəliyi hər il müsəlmanlar üçün iftar süfrəsinin təşkilində fəal iştirak edir”.
Moskvadakı Müsəlman məktəbinin direktoru Anas Həzrət Məmmədov tədbir iştirakçılarının hamısını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu tədbirin keçirilməsinə görə, Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. O qeyd edib ki, bu gün azərbaycanlılar üçün, Moskvada yaşayan bütün müsəlmanlar üçün mühüm hadisədir.
“Ramazan çadırı”nın təşkilatçıları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dini-mənəvi dəyərləri yüksək qiymətləndirdiyinə görə təşəkkür məktubu ünvanlayıblar.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış “Vətən ruhu” video-çarxı nümayiş etdirilib. Moskva Müsəlman məktəbinin şagirdləri dini məzmunlu şeirlər oxuyub, Moskva Dövlət Konservatoriyasının azərbaycanlı tələbələri Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Mərasim iştirakçılarına “Baku” jurnalının nömrələri paylanılıb.
İftar başlanana qədər müqəddəs Qurandan ayələr və axşam duası oxunub. Sonra müsəlmanlar Azərbaycan milli yeməkləri və şirniyyat dadıblar.
Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, İslam dininə etiqad edən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədilə təşkil olunur.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar süfrəsi açır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

