Qarabağ dünyanın diqqətində - beynəlxalq ekspertlər Ağdam və Füzulidə
15.03.2022 [10:29]
Nicat DİLQƏMLİ
44 günlük haqq savaşımızda əldə etdiyimiz parlaq qələbədən dərhal sonra işğaldan azad edilmiş dədə-baba yurdlarımızda abadlıq-quruculuq işlərinə başlanıldı. Hazırda dinamik inkişaf etməkdə olan Qarabağımız illərdir ona qarşı törədilən vəhşiliyi də heç vaxt unutmayacaq. Artıq bütün dünya Ermənistanın Qarabağda törətdiyi cinayətləri bilir, qəbul edir. Çünki dövlətimizin həyata keçirdiyi yüksək səviyyəli abadlıq-quruculuq işləri ilə yanaşı beynəlxalq mütəxəssislər heç də uzaq olmayan tarixdə törədilmiş vəhşilik izlərini, vandallığın real nümunələrini, illərdir Ermənilərin bütün dünyaya həqiqət olaraq sırımağa, gizli saxlamağa çalışdıqlarını, bir sözlə, həqiqətləri həmin ərazilərə səfər edərək öz gözləri ilə görürlər. Haqqında danışılan səfərlərin təşkil olunması olduqca əhəmiyyətlidir.
Yeri gəlmişkən, həmin səfərlərdən biri də geridə qoyduğumuz həftədə reallaşıb. Belə ki, BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri Ağdama və Füzuliyə səfər ediblər. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında yazıb.
“Səfər zamanı ekspertlərə şəhərlərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib”, - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib.
Beynəlxalq nümayəndələrin Qarabağa səfəri haqqında fikirlərini “Yeni Azərbaycan”a bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, belə səfərlərin təşkil olunması olduqca mühüm hadisədir: “Azərbaycan dövləti maraqlıdır ki, beynəlxalq ictimai fikirə təsir imkanı olan dairələr işğaldan azad olunmuş ərazilərimizdə olsunlar, öz gözləri ilə erməni vəhşiliyini, ermənilərin bizə qarşı həyata keçirdiyi terror siyasətinin bütün elementlərini və bütün mahiyyətini öz gözləri ilə görsünlər və bu, bizim üçün olduqca mühüm məsələdir. Yeri gəlmişkən, bu sahədə UNESCO-nun davranışı heç də qənaətbəxş deyil. Bir çox təşkilatlar bu addımı atır, amma UNESCO gözləmə mövqeyindədir və gəlib öz gözləri ilə görüb, beynəlxalq ictimai fikirə bu məsələləri çatdırmaqdan yayınır.
BMT və Dünya Bankının belə bir addım atması təqdirəlayiq hadisədir. Aİ müharibədən sonra Ermənistana 2.6 milyard dollar həcmində maliyyə dəstəyi ayırmışdı. İşğalçı, torpaqlarımızda vandalizm aktı həyata keçirən Ermənistan, sanki müharibədə əziyyət çəkən tərəf kimi ona bu qədər vəsait ayrılmışdı. Azərbaycana isə 1.3 milyard. Azərbaycan Prezidentinin bu məsələlərə prinsipial və qətiyyətli mövqeyi, Aİ-ni kəskin tənqid etməsi nəticəsini verdi və onlar bu səhv davranışını düzəltdilər və Azərbaycana verilən vəsaitin məbləğini artırdılar”.
Beynəlxalq təşkilatların Qarabağ həqiqətlərini öz gözləri ilə görüb gələcək hesabatlarında nəzərə alacaqlarına ümid edirik: “İndi də bizim üçün çox maraqlıdır ki, beynəlxalq təşkilat və qurumlar işğaldan azad olunmuş ərazilərimizdə olsunlar, öz gözləri görsünlər və onlar gələcək hesabatlarında bunu nəzərə alsınlar. Biz buna ümid bəsləyirik. Və bu, nəticə etibarı ilə Azərbaycanın haqq işində mövqelərini gücləndirən məsələdir. Xüsusilə də indi Ermənistan tərəfi və onun yaratdığı qondarma rejimin tör-töküntüləri yenə də status məsələsindən əl çəkmək istəmirlər, gündəmə gətirirlər və bu kimi məsələləri beynəlxalq gündəmdə saxlamaq istəyirlər. Dünyanın ən böyük təşkilatı olan BMT və eyni zamanda, ən böyük maliyyə qurumlarından biri olan Dünya Bankı bu məsələni öz gözləri ilə görsünlər, bilsinlər ki, əgər işğaldan azad edilmiş Azərbaycan əraziləri tamamilə yerləyeksan edilibsə, Xerosimaya, Naqasakiyə çevrilibsə, hansı statusdan söhbət gedə bilər”.
“Hesab edirəm ki, bu məsələlərdə beynəlxalq təşkilatların, nəhəng maliyyə qurumlarının informasiyalı olması, həqiqətləri öz gözləri ilə görməsi bu kimi məsələlərdə də bizim mövqelərimizi gücləndirə bilər”, - deyə E.Nəsirov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

