Neft Fondu AÇG və “Şahdəniz”dən əldə etdiyi gəlirlərin kəskin artım səbəbini açıqlayıb
14.02.2022 [11:02]
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağı üzrə əldə edilən gəlirlərin artmasının səbəbi dövlətin payına düşən mənfəət neftinin miqdarının, mənfəət kondensatının satış qiymətinin artması və Avropanın yüksək Hub (spot) qaz qiymətlərinin təsirindəndir.
“Report”un sorğunuza cavab olaraq ARDNF-dən bildiriblər ki, bu ilin yanvar ayında 2021-ci ilin analoji dövrü ilə müqayisədə AÇG layihəsi üzrə dövlətin payına düşən mənfəət neftinin satış qiymətinin əhəmiyyətli artması və eyni zamanda bunun nəticəsində Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) müddəalarına uyğun olaraq layihə üzrə dövlətin mənfəət payının formalaşdırılması mexanizmində dövlətin payına düşən mənfəət neftinin miqdarının artması olub.
Həmçinin, Fonddan bildirilib ki, “Şahdəniz” layihəsi çərçivəsində tərəflər arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlərin müddəalarına uyğun olaraq, müəyyən şərtlərin tətbiqi nəticəsində layihə üzrə ARDNF-ə ödənilən dövlətin qaz gəlirləri 2021-ci ilin yanvar ayında 2022-ci ilin analoji dövrü ilə müqayisədə az olub: “Eyni zamanda, müvafiq dövr üçün gəlirlərin artmasına digər səbəb, dövlətin payına düşən mənfəət kondensatının satış qiymətinin əhəmiyyətli artmasının və “Şahdəniz” layihəsi üzrə Azərbaycan qazının artıq Avropaya çatdırılması və Avropanın yüksək Hub (spot) qiymətlərinin təsiridir.
Xatırladaq ki, bu ilin yanvar ayında ARDNF-in "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan əldə etdiyi gəlirləri 683,114 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 2,8 dəfə çoxdur. Ötən ilin müvafiq dövründə sözügedən göstərici 244,946 milyon ABŞ dolları səviyyəsində idi.
Bundan başqa, yanvar ayında ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 149 milyon 899 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 42,4 dəfə çoxdur. O cümlədən, Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 22 milyon 172 min ABŞ dolları olub, bu da 6,3 dəfə artım deməkdir.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25

