“Azercell Hackathon 2022” yarışması başa çatdı
28.01.2022 [10:18]
“Azercell Telekom” MMC-nin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Azercell Hackathon 2022” yarışması 25 yanvar tarixində başa çatıb. “Hackathon”da müxtəlif bacarıqlara malik, innovativ düşüncəli və potensiallı gənclər təqdim edilən texnoloji tapşırıqların ən uğurlu həllinin tapılması istiqamətində yarışıblar. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan “Azercell Telekom” müsabiqə vasitəsilə proqramçı gənclərin rəqabət şəraitində biliklərini yoxlamasına, özünü tanıtmasına, müxtəlif proqram, innovativ məhsul və xidmətlərin meydana gəlməsinə şərait yaradır.
22-23 yanvar tarixlərində keçirilən “Azercell Hackathon 2022” müsabiqəsində 36 nəfərdən ibarət 12 komanda iştirak edib. Tədbirin açılışından sonra komandalar onlara verilən tapşırıqlar üzərində işləməyə başlayıblar. “Hackathon”boyunca iştirakçılara Azercell-in peşəkar İnformasiya Texnologiyaları və İnsan Kapitalı komandaları dəstək olub.
Qeyd edək ki, bu yarışmada iştirak üçün 30-dan çox komanda müraciət edib, ilkin mərhələdə onlardan 12-si seçimdən uğurla keçərək müsabiqəyə vəsiqə qazanıb. 23 yanvar tarixində müsabiqəyə ayrılan vaxtın sonunda iştirakçılar tapşırıqlara uyğun hazırladıqları texnoloji həlli təqdim ediblər.
Yarışmanın yekun mərhələsi yanvarın 25-də ADA Universitetində baş tutub. Final zamanı iştirakçı komandalar yekun təqdimatları ilə münsiflər qarşısında çıxış ediblər. Tapşırıqları tələb olunan meyarlara uyğun şəkildə və ən yüksək nəticə ilə yerinə yetirən komandalar qalib elan olunublar.
Nəticələrə əsasən “Azercell Hackathon 2022” yarışmasında 1-ci yerə “Enigma”, 2-ci yerə “Fayda”, 3-cü yerə isə “Code Geass” komandası layiq görülüb. Qaliblərə tutduqları yerlərə müvafiq olaraq 3000 AZN, 1500 AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub.
Mükafatlandırma tədbirində təşkilati dəstəyi ADA Universiteti göstərib.
“Azercell Telekom” MMC qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır. Şirkət gənclərin elmə, təhsilə, innovativ yanaşmaya, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsinə hər zaman xüsusi önəm verir və bu istiqamətdə təşəbbüs və layihələri davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

