Bir dəqiqəlik sükut və ya polkovnikin faciəsi...
30.12.2021 [12:09]
Rayonda yaşadığımız dövrlər idi. Hələ orta məktəbdə oxuyurdum...Kəndimizin nümunəvi şagirdlərindən olmuş şəxslərdən söz düşərkən hazırlıq müəllimlərimin çəkdiyi adlar sırasında iki adı tez-tez eşidirdim: Seymur və Fərman Cəfərov qardaşları. Zaman keçdi...Bu adların sahiblərini daha yaxından tanıdım.
Tanıdım və öncə bir daha əmin oldum ki, kədər ən çox uğura can atan adamların ürəyindən yapışır...və ya əksinə; Ürəyindən kədər yapışanlar ən çox uğura can atır. Belə ki, müəllim ailəsində doğulub yaşadığı cəmiyyətin örnək yerinə çevrilən bu qardaşların üzünə tale uşaqlıq illərindən öz sərt silləsini çəkmişdi...və nə təəssüf ki, təkcə ana hənirtisi, ana səsi ilə uzaqdakı ağ işığa doğru böyüməyə davam etmişdilər. Həm də heç 40 yaşına çatmamış dünyadan köçən bir atanın məzarına baxa-baxa... ...90-cı illərdən hərb sahəsini özünə həyat yolu, amal, məslək seçən, bu istiqamətdə ali təhsil, ali rütbə alan Cəfərov qardaşları illər keçdikcə kəndimizdə sanki bir hərb mərhələsinə, istinad nöqtəsinə çevrildilər.
Çox yaxşı xatırlayıram. Orta məktəbi bitirən nə qədər gənc var idi ki, bu qardaşlara baxıb taleyini silaha, səngərə bağladı, onların sorağı ilə zabitlik sevdasına düşdü. Məhz bu qardaşların da qucaq açdığı, istiqamət verdiyi şəxslər az olmadı... ...Çox qəribədi. Kədər bəzən insanı ömrünün axırına qədər tərk etmir, eləcə xəlvətdə bir fürsət anını gözləyir, sanki macal axtarır. Macal axtarır ki, cücərib yenidən amansız ağrı-acıya, hadisəyə dönsün. Eynilə Cəfərov qardaşlarının alın yazısındakı kimi... ...Min əzab-əziyyətlə Türkiyənin Milli Müdafiə Universitetinin Quru qoşunları Hərbi Məktəbində (Kara Harp Okulu) təhsil al, illərlə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə fəaliyyət göstər, polkovnik-leytenant rütbəsinə yüksəl...və 46 yaşında ölüm sənin ürəyindən yapışsın. Yapışsın və uğurlarınla sevindirdiyin anana tabutunu göstərsin. Həyat düşündüyümüz qədər də işıqlı deyilmiş. Oğullar bəzən ataların ölüm taleyini təkrarlayır, hörmətli Seymur Cəfərov-bu dünyanın yola saldığı adam! Bu məqamda Səməd Vurğununun şeirindən bir bəndi xatırlayıram: Ölüm sevinməsin qoy! Ömrünü vermir bada! El qədrini canından daha əziz bilənlər, Şirin bir xatirətək qalacaqdır dünyada Sevərək yaşayanlar, sevilərək ölənlər. Məkanın uca olsun, cənab polkovnik!
Emil Rasimoğlu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

