Tarixi zərurətin ən dolğun və alternativsiz siyasi partiyası
22.11.2021 [13:26]
Misirxan Vəliyev
YAP Sabunçu rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən tutduğu yola sadiqliyini şözlə əməl birliyinin fonunda təsdiqləyir, Azərbaycanımızın daha da qüdrətlənməsinə, xalqımızın daha firavan yaşamasına səy göstərir, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə ictimaiyyətin rəğbətini qazanır. 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışında görürdü. Azərbaycan dövlətinin gələcək taleyini qaragüruhun əlindən almağa təşəbbüs göstərməli idi. Və belə zamanlarda xalqın həmişə üz tutub çıxış yolu üçün müdrik bir fikrini, ağıllı bir məsləhətini umduğu insanlar hərəkətə keçdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu, elə bir partiya olmalı idi ki, ona rəhbərlik edəcək şəxs ümumən Azərbaycan xalqına liderlik qüdrətində olsun, bunu öz həyat və fəaliyyətinin əvvəlki səhifələrində sübuta yetirsin. Ölkənin və xalqın gələcəyinə görə məsuliyyəti öz üzərinə götürə bilsin.
Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 29 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, uğurlar qazanıb. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir.
Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb. Son 18 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsini görə biləsən. Bu gün YAP-ın qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verir. Bu gün xalqımız Vətən müharibəsində qazandığı Zəfərin birinci ildönümünün sevincini yaşayır. Bu sevinci bizlərə yaşadan Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevdir. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi, müdrik siyasətinin nəticəsidir ki, bu şanlı Qələbə tariximizə həkk olundu. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğalçılardan təmizləndi, yüzlərlə şəhər, kənd isə sülh prosesi nəticəsində azad edildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Bu gün YAP-ın yaradılmasının 29-cu ildönümünü inkişaf etmiş, dünyada öz sözünü deyən, çəkisi olan, zəfər qazanmış dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Hesab edirəm ki, bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq daha böyük uğurlar qazanacaqdır.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

