“Bizi həmişə təzim pozasında görmək istəyənlər olub...”
27.01.2026 [16:55]
BİRİNCİ MƏQALƏ
GİRİŞ
Bu məqalə ənənəvi tamaşaçıdan alternativ tamaşaçıya keçid dövrü haqqındadır.
Biz burada televiziyanı sadəcə əyləncə, sadəcə informasiya vasitəsitək təmsil etmirik və etməyəcəyik. Televiziyanın bir qınaq hədəfinə çevrilməsinin, ənənəvi olmayan, amma nisbətən oxşar vasitələrlə təhdid edilməsinin əsl səbəblərini araşdıracağıq. Bu, heç də yeniliklə köhnəliyin təbii mübarizəsi deyil.
Bir daha əmin olacağıq ki, televiziya indi olduğundan dəfələrlə artıq əhəmiyyətə malikdır:
- Birincisi: televiziya müstəqil dövlətin əsas dayaqlarından biridir.
- İkincisi: televiziyanın timsalında ilk növbədə ailə institutu özünə etibarlı müttəfiq tapıb.
- Üçüncüsü: televiziya bütövlüyünü bir vətəndaş olaraq qorumalı olduğumuz milli-coğrafi, mənəvi ərazidir.
TELEVİZOR: MÜSTƏQİL DÖVLƏT - MÖHKƏM AİLƏ MODELİ ÜÇÜN
Televiziyanı sadəcə bir məlumat kitabçası, kinoteatr, konsert salonu, idman arenası və s. kimi təqdim etmək yanlış olardı. Xüsusilə indi. Ənənəvi televiziya enerjisini, spesifik alternativ enerjinin-bərpa olunan yayım platformalarının qarabaqara izlədiyi bir zamanda. Və biz bu gün televiziyadan yox, daha çox televizordan bəhs edəcəyik. Ona görə ki, televizor evi, yəni dövlət modelini tərk etməyə qoymur, bizi mənzilə çəkir. Ailəyə çəkir. Ailə bu unikal varlığın ətrafına bir süfrə başına yığışan kimi toplaşır. Televizora rəqib olan bütün kiçik cihazlar isə - burada planşetlər, notbuklar, göstərmək, yaymaq və dinlətmək imkanına malik olan mobil telefonlar sizi, bizi harasa daşıyır, getməyə, aparılmağa sövq edir.
Bu baxımdan yalnız televizor unitardır. Məsələn, siz telefonlarla, planşetlərlə, notbuklarla paylanaraq parçalanır, harasa gedərkən klassik birlikdən, vəhdətdən aralanırsınız. Bu, əlbəttə sizin baxdığınız vasitələri xırdalayır, ona bir fəst-fud məzmunu verir. Necə deyərlər, əlinizdəki dürmək, yaxmac kimi: götürüb gedirsiniz. Siz bir anda milyonlarla tamaşaçıya malik olan bir qurğunu-televizoru “20 min baxıb, 200 min baxış olub” kimi kiçilməyə təhrik edən alətə dəyişirsiniz. Miqyas etibarilə isə hətta bir küçə boyda, prospekt boyda belə olmursunuz. Televizorun aşıladığı qaydalar, vərdişlər, adətləşmiş detallar bizi bir yerə yığır, birləşdirir. Dövlət başçısının müraciətləri, Yeni il mavi işıqları, hərbi paradın translyasiyası, telemarafonlar, burada nümayiş etdirilən filmlər, ailə üçün nəzərdə tutulan layihələr məhz ona xidmət edir ki, hamı birləşsin. Ailə modelinə uyğun olaraq. Göstərmək imkanına malik olan, amma heç bir halda tamhüquqlu televizor olmayan və heç vaxt da olmayacaq cib cihazları isə ailə dayaqlarından fraqmentləri, parçaları daşıyaraq aparır, xəfif-xəfif zədələyir, laxladır, hər birimizin, o cümlədən övladımızın- (oğul, ya qız: fərqi yoxdur...), oğrun şəkildə ailə dairəsindən kənara çəkilərək separatcasına özünə qurşanmasına xidmət edir. Evində televizorun önünü tərk edən tamaşaçılar yeni qaçqın tipi yaradaraq planşetə, mobil telefona və ya bu sinifdən olan başqa daşıyıcılara, çadırlara köçürlər. Televizor-unitarlıqdır. Alternativ və bərpa olunan Kiçik Göstərənlər isə onu federallaşdırır, bütöv tamaşaçını parçalayır. Daha sonra tamaşaçı artıq özünün fərdi informasiya vasitəsinə malik olmağadək kiçilir. O vasitənin öz səhifəsi, öz tamaşaçısı, öz dinləyicisi olur. Bu isə artıq Kütləvi İnformasiya Vasitəsi deyil, Fərdi İnformasiya Vasitəsi deməkdir. Məqalənin əvvəlində qeyd etdiyim keçid dövrü də elə budur. Kütləvi informasiya vasitələrinin fərdi informasiya vasitələrinə çevrilməsi. Bütün dünyada milli özünəməxsusluğu, müstəqil vətəndaşlığı, müstəqil dövlət anlayışını əridib üyütmək, ətçəkən maşından keçirmək istəyənlərə də elə bu lazımdır. Bütün belə icadlar, ixtiraların ana niyyəti kimi.
TELEVİZOR - QLOBAL ƏTÇƏKƏNLƏRİN RƏQİBİ
Qlobal ətçəkənlərin istədiyi də məhz elə budur ki, televizor ya sıradan çıxsın, ya da necə deyərlər, taleyi ilə barışmış, qəribə səslənsə də, “ev qızı” kimi bir küncdə qalsın: başıaşağı... Ekranın üstünə örpək, ağzına yaşmaq vurulsun və.. Hansısa yüngül qurğu-mobil göstərən onu əvəz etsin. İdarə edilməsi asan, ixtiyarı başqa əllərdə olan Mobil Göstərən. Minlərlə kilometr uzaqdan düyməni basırlar, sönürsən və ya əksinə. Vəssəlam! Televizor yalnız hansısa aparıcının, hansısa jurnalistin başını çıxarıb-saldığı yuva deyil. Televizor dövlətin hər bir vətəndaşının qorumağa borclu olduğu sərhəddir. Televizor-Dövlətin dilidir. Dilin müdafiə zonasıdır. “Televizora baxmıram!” demək- vətəndaş üçün ciddi ayıb olmalıdır. “Əl-üzümü yumuram”, “əsnəyəndə ağzımı tutmuram”, “hərbi xidmətə getmirəm”, “vergi ödəmirəm” kimi. Çünki televizor nə ütü, nə paltaryuyan, nə soyuducu, nə tozsorandır. Televizorun strateji əhəmiyyəti-dövlətin öz vətəndaşının mənzilində fövqəladə və səlahiyyətli nümayəndəsi tək mövcud olmasında, ailənin xalq kimi özünü dərketmə funksiyasını icra etməsindədir. Mənzildə televizor daşınmaz əmlakdır. Amma yalnız bu da deyil. O, həm də və daha çox hamını öz ətrafında birləşdirməyə qabil əsas istinad nöqtəsidir. Bir az başqa rakursdan yanaşaq.
TELEVİZOR: ƏRAZİ BÜTÖVLÜYÜ, YOXSA MİLLİ MÜQƏDDƏRATINI TƏYİN ETMƏ?
Televizor və Mobil Göstərən münasibətləri Ərazi bütövlüyü və Milli Müqəddərat paralelinin başqa müstəvidəki əksidir. Birində birləşdirməyin, birliyin, digərində isə ayırıcılğın, parçalanmağın rəmzi və təşviqi var. İndiki halda televizor bizim hər birimizin evimizdəki ərazi bütövlüyümüzdür. Mobil göstərənlər isə daşınan informasiya, əyləncə, musiqi qabları, futlyarları (qılafları) isə öz müqəddəratını təyin etmək vasitəsi. Müstəqil Dövlət İdeyasının daşıyıcılarından ötrü əsas olan Ərazi Bütövlüyüdür. Və inanın ki, bütün bunları mənə dedizdirən heç də bir televiziya əməkdaşının eqoizmi deyil. Televiziya təmsilçisi olaraq çox rahatam və onu da yaxşı bilirəm ki, ənənəvi televiziya bir institut olaraq Azərbaycan dövlətinin müstəqilliyinin ən mühüm atributlarından, ən vacib tanıtım komponentlərindən, dövlət suverenliyinin bariz göstəricilərindən biridir. Həmişə də belə olmalıdır. Mən sadəcə olaraq faktları sadalayıram. Televizorun bir avadanlıq, bir cihaz olaraq qorunmasının həm də milli-mənəvi dəyərini, əhəmiyyətini izah etməyə çalışıram. Vətənpərvərliklə virtual məkanpərvərlik məhz bu kontekstdə qarşı-qarşıya gəlir. Vətəni müdafiə etmək kimi özünü yaşatmaq, qorumaq missiyası məhz mobil informasiya müstəvilərinin sayəsində bir anlayış olaraq deqradasiyaya uğramaqda, sıradan çıxarılmaqdadır. Televizor həm Dövlət Başçısının xalqı bir yerə yığaraq üz tutmaq tribunasıdır, həm muğam, həm xalça, həm xınayaxdı, həm Novruz tonqalıdır, həm də böyük-kiçik yeri bilməkdir, ədəb-ərkan kimi dəyərlərin, bütün sağlam milli-mənəvi keyfiyyətlərin toplandığı xəzinədir. Onu süni surətdə arxa plana atmaq, televizora guya heç kimin baxmadığını iddia edənlərin təhlükəli təhkiyəsinə qoşulmaq da elə o xəzinəni yoxa çıxarmaq, dövlətin əsas ideoloji gümbəzini vurub sıradan çıxarmağa cəhd edənlərlə eyni mövqeyi bölüşməkdir. Biz televizoru mənzilimizin Hərbi Dəmir Günbəzə bərabər qoruyucusu bilməliyik! Üzərimizə gələn bütün hücumları, təhdidləri layiqincə dəf etmək qurğusu! Başqa bir müqayisə də ola bilər. Və bu müqayisədə də televizora müharibə elan etmişlərin məramı aydın görünür.
TELEVİZOR - ƏN ETİBARLI NƏQLİYYAT VASİTƏSİ
|
Xəbər lenti
Hamısına baxDünya
31 Mart 21:50
YAP xəbərləri
31 Mart 21:32
Dünya
31 Mart 21:18
YAP xəbərləri
31 Mart 20:43
Dünya
31 Mart 20:32
Dünya
31 Mart 20:11
Dünya
31 Mart 19:51
Dünya
31 Mart 19:15
Dünya
31 Mart 18:57
YAP xəbərləri
31 Mart 18:41
YAP xəbərləri
31 Mart 18:35
Sosial
31 Mart 18:24
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:23
Sosial
31 Mart 18:22
Dünya
31 Mart 18:15
Dünya
31 Mart 18:06
Mədəniyyət
31 Mart 18:05
İdman
31 Mart 18:03
YAP xəbərləri
31 Mart 18:01
YAP xəbərləri
31 Mart 17:49
YAP xəbərləri
31 Mart 17:25
Dünya
31 Mart 17:23
YAP xəbərləri
31 Mart 17:01
Dünya
31 Mart 16:42
YAP xəbərləri
31 Mart 16:41
YAP xəbərləri
31 Mart 16:39
YAP xəbərləri
31 Mart 16:39
Elanlar
31 Mart 16:32
Dünya
31 Mart 16:12
Siyasət
31 Mart 16:12
YAP xəbərləri
31 Mart 16:05
YAP xəbərləri
31 Mart 16:00
Sosial
31 Mart 15:13
Dünya
31 Mart 15:11
Sosial
31 Mart 14:49
YAP xəbərləri
31 Mart 14:24
Sosial
31 Mart 14:16
İqtisadiyyat
31 Mart 14:08
İqtisadiyyat
31 Mart 14:07
YAP xəbərləri
31 Mart 14:04
YAP xəbərləri
31 Mart 13:46
Gündəm
31 Mart 13:31
Gündəm
31 Mart 13:20
Gündəm
31 Mart 13:12
Gündəm
31 Mart 13:09
Xəbər lenti
31 Mart 12:33
Sosial
31 Mart 12:32
İdman
31 Mart 12:32
İqtisadiyyat
31 Mart 12:31
İqtisadiyyat
31 Mart 12:31
YAP xəbərləri
31 Mart 12:25
Hadisə
31 Mart 12:22
YAP xəbərləri
31 Mart 12:20
YAP xəbərləri
31 Mart 12:00
Dünya
31 Mart 11:46
Dünya
31 Mart 11:19
Dünya
31 Mart 10:56
Sosial
31 Mart 10:52
Dünya
31 Mart 10:21
YAP xəbərləri
31 Mart 10:17
YAP xəbərləri
31 Mart 10:06
Dünya
31 Mart 09:42
Siyasət
31 Mart 09:31
Dünya
31 Mart 09:17
Gündəm
31 Mart 09:16
Dünya
31 Mart 08:50
Gündəm
31 Mart 08:34
Gündəm
31 Mart 08:33
Dünya
31 Mart 08:29

