“İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimatı olub
24.12.2025 [16:30]
Dekabrın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, tədqiqatçı-alim Eldar Nuriyevin müəllifi olduğu, yeni nəşrdən çıxmış “İlham Əliyev və Böyük Qayıdış” kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə silsilə tədbirlər planlaşdırıldığını qeyd edib, bu səpkidə ilk tədbirin məhz Prezident İlham Əliyevin doğum günündə - Böyük Qayıdış mövzusunda olmasının rəmzi mənasına diqqət çəkib: “Azərbaycan QHT-ləri ölkəmizi qələbədən-qələbəyə aparan Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşib. Dövlətin QHT-lərə dəstəyi və diqqəti vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır. QHT-lər Böyük Qayıdışa güclü ictimai dəstək verir, bu sahədə çoxsaylı layihələr icra edirlər”.
Müəllif Eldar Nuriyev dünyada postmünaqişə bölgələrində qısa müddətdə bu miqyasda işlərin görülməsinə indiyədək rast gəlinmədiyini vurğulayıb, ötən 5 ildə Qarabağda və Şərqi Zəngəzurda 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədlərinin hazırlanmasını və quruculuq işlərinə başlanılmasını tarixi hadisə adlandırıb. O, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi olan Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsini milli iradənin təntənəsi kimi ətraflı şərh edib. E.Nuriyev “İlham Əliyev və Böyük Qayıdış” kitabında ermənilərin tarixən Azərbaycan torpaqlarına köçürülməsindən indiyədək olan dövrə nəzər saldığını, bu prosesdə mühüm faktların üzərində dayanaraq geniş təhlil etdiyini diqqətə çatdırıb. O, müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin xilaskarlıq missiyasına toxunub, Azərbaycanın dövlət başçısının sözünün imzası qədər dəyəri olan siyasi xadim, əsl lider kimi dünyada böyük şöhrət qazandığını bildirib: “Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü – İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirir, ən əlçatmaz arzuları reallığa çevirir və bu yaxınlaşan uzaqlardan həm də açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür”.
Təqdimat mərasimində çıxış edən QHT təmsilçiləri kitabda olduqca mühüm faktların yer aldığını bildirib, bu sanballı nəşri Böyük Qayıdış prosesinin real mahiyyətinin izahına əsl töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, tarixi Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlığa və şəhərsalmaya müfəssəl baxışının aydın təzahürüdür.
Daha sonra müəllif kitabla bağlı sualları cavablandırıb.
Qeyd olunub ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar tədbirlərini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 May 18:17
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17

