Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər 5 il” könüllülər düşərgəsi həyata keçirilib
07.11.2025 [15:44]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, "Nar"ın dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Quba rayonunda baş tutan “Zəfər 5 il” könüllülər düşərgəsi uğurla yekunlaşıb.
44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş düşərgə ümumilikdə ictimai fəallığı ilə seçilən 150 könüllü gənci bir araya gətirib. 30 oktyabr - 3 noyabr tarixlərini əhatə edən düşərgənin məqsədi könüllü gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və qazanılmış Zəfərin əhəmiyyətini təbliğ etmək, dövlətçilik ənənələrini və milli dəyərləri inkişaf etdirmək, könüllülərin bu dəyərlərə bağlılığını artırmaq, həmçinin onların şəxsi inkişafına və komanda bacarıqlarının formalaşmasına dəstək vermək, birgə fəaliyyət təcrübəsini genişləndirməkdir.
Düşərgədən əvvəl Quba rayonuna çatan Azərbaycan Könüllüləri müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Daha sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin baş mütəxəssisi Emil Yusifov, “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev könüllü gənclərin suallarını cavablandıraraq müzakirələr aparıblar.
Düşərgənin ikinci günündə iştirakçılar gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüşüblər. Görüş zamanı gənclərlə ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, könüllülük hərəkatının inkişafı, gənclərin sosial fəallığı və onların ölkəmizin gələcəyində rolu barədə ətraflı fikir mübadiləsi aparılıb.
Beş gün davam edən düşərgə çərçivəsində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, Vətən müharibəsi qazilərinin iştirakı ilə panel görüş, komanda oyunları, intellektual oyunlar, kreativ master-klasslar və vörkşoplar baş tutub.
Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “SəhnədəSƏN!” yarışı təşkil edilib.
Həmçinin, düşərgədə könüllü gənclərin iştirakı ilə “Zəfər 5 il” adlı fləşmob baş tutub. Bu fləşmob Azərbaycan Könüllülərinin Şanlı Zəfərimizə, Azərbaycanın qalib ruhuna olan sonsuz inam və qürur hissinin rəmzi ifadəsinə çevrilib.
Bir-birindən maraqlı fəaliyyətlərlə yadda qalan “Zəfər 5 il” könüllülər düşərgəsi musiqi və əyləncə dolu bağlanış axşamı ilə yekunlaşıb.
Qeyd edək ki, düşərgənin baş sponsoru “Nar”dır.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32

