/ / Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş kütləvi silsilə tədbirlər həyata keçirilib
Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş kütləvi silsilə tədbirlər həyata keçirilib
28.09.2025 [11:55]
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən bir sıra tədbirlər baş tutub.
Ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri Anım Günü ilə əlaqədar olaraq Zəfər Parkını ziyarət ediblər. Onlar Qələbə rəmzi olan memorial abidəni ziyarət edərək ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad ediblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və iştirakı ilə ağacəkmə aksiyası baş tutub. 27 Sentyabr - Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə simvolik olaraq Azərbaycan Könüllüləri tərəfindən 2908 ağac əkilib. Bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 2908 igid övladını təmsil edir və onların əziz xatirəsinin əbədiləşdirilməsinə rəmzi bir töhfədir.
Eyni zamanda, Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Könüllü Qəhrəmanlar” adlı tədbir həyata keçirilib. Tədbirdə Azərbaycan Könüllüləri 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilər və hərbi ekspertlə görüşüblər. Qəhrəman qazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən söz açaraq, müharibə dövründə yaşadıqları xatirələrdən, döyüş meydanında göstərdikləri fədakarlıq və igidliklərdən bəhs ediblər.
Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı həmçinin, ölkənin gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar. Bəyanatda vurğulanır ki, Cənab Prezident İlham Əliyevin dəmir iradəsi və xalqımızın birliyi sayəsində qazanılan tarixi Zəfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam bərpa edib, xalqımızın yaddaşına qürur və şərəf səhifəsi kimi həkk olunub. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə və Tərtərə qarşı həyata keçirdiyi raket hücumları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi pislənib. Azərbaycan gəncləri bu faciələrin heç vaxt unudulmayacağını bəyan edib, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsini tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi kimi dəyərləndiriblər. Onlar özlərini Böyük Qayıdışa şahidlik edən, azad edilmiş şəhər və kəndlərə yeni nəfəs verən bir nəsil kimi xarakterizə edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülh gündəliyini tam dəstəklədiklərini, Vaşinqtonda paraflanmış Sülh Sazişinin isə Cənubi Qafqazda sabit və firavan gələcəyin müjdəçisi olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

