/ / Vyanada Anım Günü ərəfəsində “Cənubi Qafqazda sülh və sabitlik” mövzusunda dəyirmi masa təşkil olunub
Vyanada Anım Günü ərəfəsində “Cənubi Qafqazda sülh və sabitlik” mövzusunda dəyirmi masa təşkil olunub
25.09.2025 [15:56]
Vyanada Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə “Ermənistan və Azərbaycanda arasında əldə edilmiş tarixi Vaşinqton razılaşmalarından sonra Cənubi Qafqazda sülh və sabitlik” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, 27 Sentyabr - Anım Günü ərəfəsində təşkil olunan və siyasi analitik Harvi Dzodinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, avstriyalı hüquqşünas Qabriel Lanski və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov spiker qismində çıxış ediblər.
Panel müzakirələrində Ermənistan - Azərbaycan münaqişəsinin tarixçəsi, normallaşma prosesi və 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş son razılaşmalar, münaqişənin həllindən sonra regionun iqtisadi-ticarət və nəqliyyat potensialının daha da inkişaf etdirilməsi üçün yaranmış yeni imkanlar, xüsusilə də Zəngəzur dəhlizinin işə salınması müzakirə olunub.
Tədbir zamanı iki ölkə arasında davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar barədə ətraflı məlumat verilib. Bu xüsusda, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmalı olduğu vurğulanıb. Eyni zamanda kommunikasiyaların açılmasının təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla maneəsiz bağlantısını yaratmaqla yanaşı, həmçinin Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin bundan sonrakı inkişafına töhfə verəcəyi qeyd edilib. Vurğulanıb ki, bu, regionda hamının mənfəət götürə biləcəyi bir sülh layihəsidir.
Bundan əlavə, keçmiş münaqişənin beynəlxalq hüquqi aspektləri, BMT və ATƏT kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar, o cümlədən azərbaycanlı məcburi köçkünlərin geri qayıdış hüququnun təmin edilməsi üçün Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar və onların münaqişənin ədalətli həllinə töhfəsi müzakirə edilib.
Müzakirələr zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, ölkənin region ölkələri ilə münasibətləri barədə danışılıb.
Xəbər lenti
Hamısına baxGündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35

