/ / Azərbaycan Ağsaqqallar Şurasının “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası keçirilib
08.09.2025 [23:14]
Sentyabrın 8-də Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin “Qalib Liderimizin diplomatik zəfəri regionda sülhün, sabitliyin zəmanətidir” mövzusunda iclası olub.
AZƏRTAC xəbər verir ki, toplantının gündəliyinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirdiyi Vaşinqton görüşünün tarixi əhəmiyyəti, imzalanmış Birgə Bəyannamənin müzakirəsi, Azərbaycan Ağsaqqallar Şurasının mövqeyi və çağırışları kimi məsələlər daxil edilib.
İclasda şuranın sədri Eldar Quliyev, sədrin I müavini Əhliman Əmiraslanov, sədr müavinləri - Eldar İbrahimov, Vahid Novruzov, Bayram Yusifov, həmçinin İdarə Heyətinin üzvləri – şeyxülislam Allahşükür Paşazadə, İsa Həbibbəyli, Ziyad Səmədzadə, Misir Mərdanov, Vaqif Şadlinski, Arif Hümbətov, Vaqif Məhərrəmov və başqaları çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən diplomatik uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib, ölkənin regionda aparıcı rolunu təsdiqləyib. Bildirilib ki, Vaşinqton görüşü yalnız Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
İclasda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul edilib. Bəyanatda vurğulanıb ki, cari il avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş Zirvə görüşünün nəticələri tarixi əhəmiyyətli nailiyyət kimi dəyərləndirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yüksək diplomatik strategiyası nəticəsində imzalanmış Birgə Bəyannamə regionda sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir.
Sənəddə qeyd edilib ki, sülh və dövlətlərarası münasibətlərin təsisi haqqında Sazişin paraflanması dövlətçiliyimizin böyük diplomatik uğuru, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi üçün tarixi addım hesab olunur. ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapanmasını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul olunmasını nümayiş etdirir. Eyni zamanda, Zəngəzur dəhlizi üzrə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır. Cənubi Qafqazda sülhün və mehriban qonşuluq münasibətlərinin bərpası üçün dönüş nöqtəsi olan bu tarixi sənəd gələcək nəsillər üçün parlaq perspektivlər açır.
Azərbaycan Ağsaqqallar Şurası xalqı milli həmrəyliyi daha da gücləndirməyə, dövlətimizin başçısının ətrafında sıx birləşərək onun həyata keçirdiyi sülh və inkişaf siyasətinə daim dəstək olmağa çağırıb. Eyni zamanda, dost və qardaş xalqlar, eləcə də beynəlxalq təşkilatlar və dövlətlər sülh və sabitlik yolunda əməkdaşlığa dəvət olunub.
Bəyanatın sonunda Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin tarixi diplomatik zəfərinin regionda sülhün və sabitliyin zəmanəti olduğu bir daha vurğulanıb.
Tədbir müzakirələrlə davam etdirilib.
Xəbər lenti
Hamısına baxGündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35

