Zaqatala şəhərində əqli mülkiyyət hüququna dair növbəti tədbir keçirilib
24.02.2025 [23:24]
Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Əqli Mülkiyyət Agentliyinin iştirakı ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində Zaqatala şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda növbəti təlim təşkil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında keçirilən tədbiri kafedra müdiri Səfər Rzayev açaraq, ölkəmizdə yaradıcılığa və yaradıcı şəxslərə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd olunub ki, yaradıcı şəxslərin əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığının və sahə üzrə hüquqi biliklərinin artırılmasında belə tədbirlərin böyük rolu var.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, BDU-nun dosenti Bəxşeyiş Əsgərov bu mövzuda tədbirlərin məqsədinin yaradıcı şəxslərin əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı biliklərinin artırılması və yaradıcılıq potensialının gücləndirilməsi istiqamətində görülən işlərə dəstək verilməsi olduğunu bildirib. O, daha əvvəl keçirilmiş təlimlərin iştirakçılar tərəfindən maraqla qarşılandığını, tədbirlərin təşkil olunduğu bölgələrdə geniş rezonans doğurduğunu, bugünkü tədbirin də əqli mülkiyyət hüquqları sahiblərinin sahə üzrə biliklərinin artırılmasına fayda verəcəyinə ümid etdiyini deyib. Eyni zamanda, bu tədbirlərin reallaşdırılmasında Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin rolunu xüsusi vurğulayıb.
Sonra Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimov mövzu ilə bağlı çıxış ediblər.
N.İsayev əqli mülkiyyət sahəsində mövcud qanunvericilik bazası və idarəçilik sistemi barədə məlumat verərək, müəllif hüquqlarının qorunması, yaradıcılıq fəaliyyətinə dəstək verilməsi və stimullaşdırılmasının həmişə dövlət siyasətinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb, Əqli Mülkiyyət Agentliyində yaradılmış elektron qeydiyyat sisteminin müəllif hüquqlarının qorunması və müdafiəsi sahəsində əhəmiyyətindən danışıb. Həmçinin əsərlərin qeydiyyatı qaydaları, müəllif müqavilələrinin düzgün tərtib edilməsinin əhəmiyyəti, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyəti, əsərlərdən istifadə olunmasında həmin təşkilatların rolu, bu təşkilatlarda üzvlük məsələləri barədə məlumat verilib.
Tədbirdə çıxış edən A.Kərimov əqli mülkiyyət nümunələrinin kommersiya məqsədilə istifadəsinin düzgün təşkil edilməsinin yaradıcı şəxslərin maddi vəziyyətinin yaxşılaşmasında əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, mövcud qanunvericiliyin bu sahədə yaratdığı imkanlardan yararlanmaq vərdişlərinin aşılanması vacib məsələdir. O, müəllif hüquqları və onların qorunması mexanizmlərinin, praktiki bacarıqların öyrənilməsi və tətbiq edilməsi ilə bağlı tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
İnteraktiv rejimdə keçirilən təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Təlim iştirakçılarına Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun əqli mülkiyyətin müxtəlif sahələrinə aid kitabları paylanılıb.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, UNEC-in Zaqatala filialının professor-müəllimləri, Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və Rəssamlar İttifaqının üzvləri, habelə bölgənin tanınmış müəllifləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

