/ / Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının və Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının və Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib
16.01.2025 [12:26]
Yanvarın 15-də Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası ilə Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli görüşdə çıxış edərək Qərbi Azərbaycan İcmasının yaranma tarixi, eləcə də məqsəd və hədəfləri barədə iştirakçılara geniş məlumat verib.
İcmanın Prezident İlham Əliyevin tövsiyəsi ilə hazırlanan Qayıdış Konsepsiyası haqqında danışan Ə.Ələkbərli son iki ildə qurumun yerli və beynəlxalq müstəvidə gördüyü işlərdən bəhs edib, soydaşlarımızın ata-baba yurdlarına qayıdışı ilə bağlı xüsusilə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının önəmini vurğulayıb, bu məsələdə Azərbaycan Ağsaqqallar Şurasının görə biləcəyi işlərə diqqəti çəkib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində Qərbi Azərbaycanla bağlı məsələyə toxunmasını xatırladaraq hər kəsin üzərinə düşən mənəvi məsuliyyətdən danışıb.
Çıxışında Qərbi Azərbaycanla bağlı mühüm tədbirlərin ölkə daxilində və xaricində keçirilməsinin önəminə toxunan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov zəngin-mədəni irsimizin qorunub saxlanması yolunda gənclərimizlə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov çıxışında bildirib ki, hər iki şuranın hədəfləri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı gənclərin daha geniş məlumatlandırılması, Qərbi Azərbaycana qayıdışla bağlı gənclərin fəal iştirakının təşviq olunmasıdır.
AMEA-da Qərbi Azərbaycanla bağlı görülən işlər, yaradılan şöbələr barədə ətraflı məlumat verən AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri akademik İsa Həbibəyli Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılması və onun zənginləşdirilməsini öz üzərinə götürdüyünü qeyd edib. AMEA-nın prezidenti çıxışından sonra Əziz Ələkbərliyə AMEA-da Qərbi Azərbaycanla bağlı nəşr olunan kitablar hədiyyə edib.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı professor Eldar İbrahimov Qərbi Azərbaycanla bağlı Özbəkistan və Türkiyədə tədbirlərin təşkil olunmasını təklif edib.
İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov səsləndirilən fikirləri dəstəklədiyini bildirib, ağsaqqallar və gənclər arasında birgə tədbirlərin keçirilməsini təklif edib.
Daha sonra İcmanın Ağsaqqallar Şurasının üzvü, professor Əvəz Ələkbərov hər iki şuranın Qərbi Azərbaycan ideologiyası ilə bağlı yol xəritəsinin hazırlanması və bunun əsasında tədbirlərin keçirilməsi təklifi ilə çıxış edib.
İcmanın Ağsaqqallar Şurasının üzvü professor Həsən Bayramov Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması üçün daha çox sayda kitabların hazırlanmasının önəmindən danışıb.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı birgə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb, İcmanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Musayev bölgələrdə birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb, BDU-nun Hüquq fakültəsinin professoru Əli Hüseynov, Mehri rayon İcmasının üzvü İsmayıl Əliyev, İcmanın Ağsaqqallar Şurasının üzvü İlqar Abbasov çıxışlarında natiqlərin fikirlərini dəstəkləyərək, təkliflərini bildiriblər.
Sonda Ağsaqqallar Şurasının sədri Eldar Quliyevə hədiyyə və kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

