COP29-la bağlı “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya start verilib
12.09.2024 [14:43]
Bu gün BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində yenilikçi ideyaları olan müxtəlif regionalardan fərdlərin və novatorların həyata keçirdiyi layihələri və fəaliyyətləri işıqlandırmaq üçün “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya start verildiyini elan edib.
Yeniazerbaycan.com xəbər verir ki, “Fərqlilik yaradanlar” kampaniyası çərçivəsində sosial sahibkarların, icma nümayəndələrinin və startap ideyaları olan fərdlərin layihələri seçilərək müxtəlif platformalarda nümayiş etdiriləcək.
Kampaniyanın məqsədi hər bir fərdin ətraf mühitə müsbət təsir edəcək fəaliyyət göstərmək iqtidarında olduğunu göstərmək, hər kəsi iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırmaq və ruhlandırmaqdır.
Kampaniya zamanı seçiləcək layihələr həm onlayn platformalarda, həm də Azərbaycanda keçiriləcək COP29 zamanı “Fərqlilik yaradanlar” sərgisi çərçivəsində təqdim olunacaqdır.
“Fərqlilik yaradan” nominasiyası üzrə qalib namizədlərin seçilməsi beynəlxalq tədqiqat institutları, sosial təşkilatlar və kommunikasiya platformalarının nümayəndələrindən ibarət olan Komitə tərəfindən aparılacaqdır. “Fərqlilik yaradanlar”ın qiymətləndirilməsi zamanı onların innovativ yanaşmaları, yaradıcılıq məharətləri və ünsiyyət bacarıqları, eləcə də təşəbbüslərinin təsir və miqyası nəzərə alınacaqdır.
Kampaniyanın geniş əhatəli, inklüziv və əlçatan olmasını təmin etmək üçün Linkedİn, İnstagram, TikTok və “X” sosial şəbəkələrindən istifadə olunacaqdır. Arzu edən hər kəs öz icmasında, şəhərində və ya şirkətində iqlim həlləri üzrə həyata keçirdikləri təşəbbüslərin “əvvəl və sonrakı” mərhələlərini əks etdirən fotoşəkilləri və ya videoları #COP29ImpactMakers həştəqi ilə bölüşərək layihələrini necə başladıqlarını və hazırda necə davam etdiklərini paylaşa bilər.
“İqlim dəyişmələri qlobal cavab tədbirlərini tələb edən problemdir. Bu eyni zamanda, həm də gələcək nəsillər üçün ədalətli dünya yaratmaq və fəxr edə biləcəyimiz irs qoymaq baxımından unikal fürsətdir” - deyə COP29 İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai izah edir: “BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu kimi, mən bir çox insanların iqlim dəyişməsinin təsirlərinə qarşı ilhamlandırıcı hekayələrinin şahidi oluram, amma çox zaman bu hekayələr paylaşılmamış qalır. Ətraf mühitə müsbət təsir göstərən, fərqlilik yaradan bu hekayələri bütün insanlara çatdırmaq istəyirəm. Çünki belə şəxslərin fəaliyyəti hər kəsi sağlam gələcək üçün qlobal fəaliyyətə ilhamlandıracaq.”
İlk “Fərqlilik yaradanlar” sentyabrın 23-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək İqlim Həftəsində kampaniyanın rəsmi başlanğıcına həsr olunmuş tədbir zamanı seçiləcək və təqdim olunacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23

