AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb
01.07.2024 [18:23]
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.
AZƏRTAC xəbər verir ki, AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.
Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:
- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.
- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiqlədikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.
- Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.
- Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən, Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.
Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25 faiz, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90 faiz güzəştlər nəzərdə tutulub.
Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşa olunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün bütün zəruri infrastruktura malikdir.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

