2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar martın 19-da təbliğat-təşviqat kampaniyasına start verilib.
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə başlayıb.
Kampaniyaya start verilməsi ilə partiya rayon təşkilatının üzvləri və gənclər rayonun inzibati ərazisini özündə əhatə edən seçki dairəsi üzrə ayrılmış seçki lövhələrində təbliğat-təşviqat materiallarını yerləşdirməyə başlayıblar.
YAP Zəngilan rayon təşkilatı seçki qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.