Fevralın 9-da Azərbaycan Respublikasında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatı 102 saylı Samux-Şəmkir seçki dairəsi üzrə təbliğat kampaniyasına start verib.
YAP-ın sözügedən dairə üzrə namizədi Nizami Abdulla oğlu Səfərovun seçki plakatları müvafiq seçki məntəqələrinin ərazisində lövhələrə vurulub. Bundan əlavə, təbliğat-təşviqat materialları, bukletlər də seçicilərə paylanılacaq.