YAP Qəbələ rayon təşkilatı “Hərəyə bir ağac əkək” aksiyasına start verib

YAP Qəbələ rayon təşkilatı “Hərəyə bir ağac əkək” aksiyasına start verib

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi ilə əlaqədar Qəbələdə “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində keçirilən aksiyaya start verilib.
Aksiyada YAP Qəbələ rayon təşkilatının fəalları yaxından iştirak ediblər.
Aksiya çərçivəsində Qəbələ-Bakı magistral avtomobil yolunun kənarına və Zərifə Əliyeva küçəsinə, şəhərin parklarına 3363 ədəd bəzək bitkiləri, o cümlədən görüc, ağcaqayın, katalpa ağacları əkilib.
Ağacəkmə aksiyası gələn ilin mart ayınadək davam edəcək.