Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Dadıyev Elnur Cəlal oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib.
Şəhidin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Anım tədbirində YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüsal Hüseynov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak ediblər.
Qeyd edək ki, Elnur Dadıyev 6 mart 1998-ci ildə Lerik rayonunun Buruq kəndində anadan olub. İlk təhsilinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 94 nömrəli tam orta ümumtəhsil məktəbində başlayıb, daha sonra təhsilini Balaxanı qəsəbəsi 69 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirib. Elnur Dadıyev 28 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.