27 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriysının nəzdində Musiqi Kollecində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi.
Tədbirə başlamadan öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi sükutla anıldı.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriysının nəzdində Musiqi Kolleci ərazi partiya təşkilatının sədri İlhamə Xankişiyeva qonaqları salamlayaraq sözü Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verdi. Azər Süleymanov Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın sədri cənab İlham Əliyevin nitqinə əsaslanaraq maraqlı faktlarla zəngin məruzə etdi.
Sonra söz Azərbaycan Milli Konservatoriysının nəzdində Musiqi Kollecinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevaya veriidi. Səbinə xanım qurultay barədə öz təəssüratlarını bölüşərək, gənclərə tariximizi, mədəniyyətimizi qoruyub gələcək nəsillərə ötürməyi tövsiyyə etdi.
Ardınca Qabaqcıl təhsil işçisi İlhamə Xankişiyeva, sonra Rasim Rzaxanov çıxış edərək Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Partiyanın VIII qurultayında söylədiyi nitqindən irəli gələn məsələlərdən, YAP üzvlərinin tarixi vəzifələrin icrasından söz açdılar.
Sonuncu çıxış olaraq, Kollecin II kurs tələbəsi Əsmər Rəfiyevaya söz verildi.
Çıxışlardan sonra İ.Xankişiyeva Yeni Azərbaycan Partiyasının 2 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayında və ondan sonra keçirilən müzakirələrin nəticəsi olaraq ideoloji işin yenilənməsi, milli həmrəylik, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində incəsənət və mədəniyyət sahəsinin danılmaz rolu olduğunu vurğuladı və çıxışını Ulu Öndər H.Əliyevin milli mədəniyyətimiz barədə söylədiyi fikirlərlə yekunlaşdırdı: “Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada tanıdan ən önəmli amillərdəndir. – Odur ki, milli mədəniyyətimizi qorumaq, Ulu öndərimizin bizə ötürdüyü bu mesajı gələcək nəsillərə ötürmək hər bir mədəniyyət işçisinin ən önəmli vəzifələrindən biridir” .
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.