Bakıxanov qəsəbəsi, “Sülh küçəsi 32” (96 nömrəli tam orta ümumtəhsil məktəbi) və Bakıxanov qəsəbəsi, “Sülh küçəsi 33A” (3 saylı Uşaq Stomotoloji poliklinikası) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlər keçirilib. Görüşlərdə qeyd edilib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərin reallaşdırılması ölkənin inkişaf tempinin qorunmasını, əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsini və dövlətçilik prinsiplərinə sədaqətin davam etdirilməsini tələb edir. Bu prosesdə hər bir partiya üzvünün fəal mövqeyi, məsuliyyətli yanaşması və ümumi məqsədlər naminə səylərini birləşdirməsi xüsusi önəm daşıyır.
Görüş çərçivəsində milli birlik və həmrəyliyin gücləndirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması, partiyadaxili əməkdaşlığın inkişaf etdirilməsi və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi məsələləri də müzakirə edilib. İştirakçılar bildiriblər ki, Azərbaycanın davamlı tərəqqisinin təmin olunması, dövlətin və xalqın mənafelərinin qorunması, cəmiyyətdə qarşılıqlı etimadın və həmrəyliyin möhkəmləndirilməsi ümumi fəaliyyətin əsas istiqamətlərindən olmalıdır.