YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi Etibar Cəfərovun məzarını ziyarət ediblər.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədə Etibar Cəfərovun timsalında bütün Şəmkir şəhidlərinin şücaətindən danışıb. O deyib ki, illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqları unudulmayacaq, belə igid Vətən oğulları ilə daim fəxr edəcəyik.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.