Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Balakişiyev Qara Əmirxan oğlunun ad günü onun məzarı başında qeyd olunub. Balakişiyev Qaranın doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilib.
Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının bir qrup fəal üzvü iştirak edib. Təşkilat üzvləri şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ziyarət Xocavənd rayon 4 saylı tam orta məktəbinin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə davam edib.
MÜŞFİQƏ