Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümü münasibətilə Sabunçu rayonu Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının əməkdaşları, “Balakhani Operating Company LTD”-nin əməkdaşları və YAP fəalları iştirak ediblər.
Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın Eldar şamı və zeytun ağacı əkilmiş, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilmişdir.