Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlərin yay məktəbləri” layihəsinin II tur Lerik iştirakçıları Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə flaşmob təşkil ediblər.
“H.Ə. - ” hərflər və sonsuzluq işarəsində düzülməklə Ulu Öndər Heydər Əliyevin daim xalqımızın qəlbində yaşayacağına, ideyalarının əbədi olaraq Azərbaycanımızı inkişaf etdirəcəyinə, daim Heydər Əliyev siyasətinə sadiq qalacaqlarına əminliklərini ifadə ediblər.