Kamran Bayramovun seçiciləri ilə görüşləri davam edir

Kamran Bayramovun seçiciləri ilə görüşləri davam edir

Milli Məclisə seçkilərdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Kamran Bayramovun seçicilərlə görüşləri davam edir.
Deputatlığa namizəd seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şəmkirin Təzəkənd və Könüllü kəndlərinə gələrək, seçiciləri ilə görüşüb. K.Bayramov seçiciləri ilə xeyli söhbət edib, onların problemləri ilə maraqlanıb.
Görüş zamanı seçicilər deputatlığa namizədə dəstəklərini ifadə ediblər.
Kamran Bayramov Təzəkənd və Könüllü kəndində ziyalılarla da görüşüb, evlərində qonaq olub, çay süfrəsi arxasında xeyli maraqlı söhbətlər edib, kənddən xoş təəssüratlarla ayrılıb. Sonda seçicilər Kamran Bayramova səs verəcəklərini xüsusi qeyd ediblər.