Zərdabda qəza: Ölən var

Zərdabda qəza: Ölən var

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, ”Mercedes” markalı avtomaşınla VAZ-2106 markalı avtomaşının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Hadisədə ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.