“Bu gün Azərbaycan reklam sektorunda yeni bir dövrün açılışındayıq”.
Bunu "Artmood Agency" şirkətinin təsisçi və rəhbəri Xəyalə Mütəllimova "Robotlaşdırılmış Reklam Həllərinin Təqdimatı" adlı tədbirdə çıxış edərkən deyib.
X.Mütəllimova ölkədə mövcud olan reklam vəziyyətinə diqqət çəkərək bildirib ki, “Artmood” şirkəti MİC ROBOTICS və TOKINOMO-nun satış hüququnu əldə edərək daha da şaxələnib. Onun sözlərinə görə, müasir dövrün tələblərinə cavab vermək üçün markalarla mütəmadi çalışma aparılır. Şirkət rəhbəri bu robotların hər kəs tərəfindən seviləcəyinə də inamını ifadə edib.