Yalamada yanğın başlayıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

Yalamada yanğın başlayıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Yalama kəndində ot bağlamalarının yanması barədə ilkin məlumat daxil olub.

Bu barədə nazirlikdən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.