XİN Pakistanı təbrik edib

XİN Pakistanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib.

XİN bu barədə “X” (tviter) hesabında paylaşım edib.

“Müstəqillik Günü münasibətilə qardaş Pakistanın hökumətinə və xalqına ən xoş və səmimi arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizi, eləcə də strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik”, - deyə paylaşımda qeyd olunub.