Türkiyə ordusu Suriyada daha 7 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyada daha 7 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın Barış Pınarı bölgəsində keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının daha 7 üzvünü məhv edib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Əməliyyat nəticəsində terrorçular tunel qazan zaman zərərsizləşdirilib.

Qeyd olunub ki, terrorçularla mübarizə uğurla davam edir.