Şuşada iki kilsə bərpa olunur

Şuşada iki kilsə bərpa olunur

Şuşada üç məscid və iki kilsə bərpa olunur.

Bunu mədəniyyət naziri Anar Kərimov Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası" sessiyasında çıxışı zamanı deyib.

“Bu onun nümunəsidir ki, Azərbaycan mədəni irsə qarşı ayrı-seçkilik etmir. Hər bir mədəni irs Azərbaycan üçün vacibdir, əzizdir, çünki bu yalnız Azərbaycanın irsi deyil, bəşəriyyətə məxsusdur”, - nazir əlavə edib.