Neftin qiyməti artıb

Neftin qiyməti artıb

Son günlər dünya bazarında xam neftin qiymətində dalğalanmalar baş verir. yeniazerbaycan.com-un Rusiyanın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, 1 dekabr çərşənbə günü günortadan sonra dünya bazarında neft qiymətləri təxminən 5 faiz artıb.

Moskva vaxtı ilə saat 13.55-ə olan məlumata görə, “Brent” markalı neftin fevral fyuçersləri 5,07 faiz bahalaşaraq bir bareli 72,71 dollar olub. “WTI” markalı yanvar fyuçerslərinin qiyməti isə 4,73 faiz artaraq 1 bareli 69,33 dollara bərabər olub.