Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyada helikopter qəzaya uğrayıb

Altay Respublikasında göyərtəsində sərnişinlərin olduğu Mi-8 helikopteri qəzaya uğrayıb. 

TASS xəbər verir ki, respublikanın tibb xidmətləri tərəfindən yayılan məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub. 

“Altay Avia” hava yollarına məxsus helikopterin eniş edərkən elektrik naqillərinə dəydiyi, yerə çırpıldığı və yandığı bildirilir. Təyyarədə 13 nəfər olub, onlardan 6-sı hadisə yerində ölüb, daha 7 nəfər yaralanıb.