Quba və Qusara qar yağıb

Quba və Qusara qar yağıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Noyabrın 17-si səhər saatlarından başlayaraq əvvəlcə sulu qar, daha sonra isə qar yağmağa başlayıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildiriblər ki, hazırda kənd ərazisində 2 santimetrədək qar var.

Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.