Seysmoloji tədqiqatların aparılması üçün Qarabağda ilk stansiya Şuşada tikiləcək.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.
“Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparmaq üçün 10 stansiya qurulacaq” -, Q.Yetirmişli vurğulayıb.