Qadın minatəmizləyən: Qorxu hissi bizə yaddır

Qadın minatəmizləyən: Qorxu hissi bizə yaddır

“Ağdamın işğalından sonra oradan çıxarılan məcburi köçkünlərdən biri olduğum üçün müharibənin bütün çətinliklərini görmüşəm”.

Bunu jurnalistlərə açıqlamasında qadın minatəmizləyən Sehran Babayeva deyib.

S.Babayeva qeyd edib ki, Birinci Qarabağ müharibəsində faciəli həyatın şahidi olduğu üçün qorxu hissi ona yaddır.

“Mənim üçün çox qürurverici hisdir ki, məcburi şəkildə çıxarıldığımız torpaqlarda minatəmizləyən kimi fəaliyyət göstərirəm”.