Polşanın yeni xarici işlər nazirinin adı açıqlanıb.
Donald Tusk hökumətində Radoslav Sikroski xarici işlər naziri olacaq.
Məlumata görə, Baş nazirin müavini, milli müdafiə naziri, Kəndlilər Partiyasının lideri Vladislav Kocsinyak-Kamış, Baş nazirin ikinci müavini və informasiyalaşdırma naziri Petr Qalkovski, daxili işlər və administrasiya başçısı Marçin Kervinski olacaq.
Donald Tusk hökuməti dekabrın 13-də and içəcək.