Nəqliyyat vasitəsindən gümüş aşkar edilib

Nəqliyyat vasitəsindən gümüş aşkar edilib

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “pambıq lifinin tullantıları” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, üzəri falqa ilə örtülmüş 14 bükümdə isə qırıntı halında olmaqla 990 əyarlı, ümumilikdə çəkisi 36,946 kq, dəyəri 41 436 manat olan gümüş aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.