Mingəçevirdə zəlzələ olub, Gəncə və Yevlaxda hiss edilib

Mingəçevirdə zəlzələ olub, Gəncə və Yevlaxda hiss edilib

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.