Statistika göstərir ki, son iki il ərzində köhnə və yeni tikilmiş binalarda mənzillərin qiyməti əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, son bir ayda mənzil bazarında qiymətlərdə 4.1faiz artım olub: "Ötən ilin eyni dövrü ilə müqayisədə 15.79 faiz qiymət artımı olub. O cümlədən təmirli yeni tikililərdə ay ərzində 6.43 faiz, ötən illə müqayisədə isə 16,82 faiz qiymət artımı müşahidə olunur. Sovetdən qalma tikililərdə isə ay ərzində 2,12 faiz, ötən illə müqayisədə isə 15,23 faiz qiymət artımı yaranıb".
Mütəxəssis mənzil bazarında davam edən qiymət artımını bir neçə faktla əlaqələndirib: "Qiymət artımı o cümlədən bu segmentə də öz təsirini göstərir. İkinci əsas məsələ tikinti materialların bahalaşmasıdır ki, bu da mənzillərin bahalaşmasına səbəb olur. Mənzil bazarında qiymət artımına səbəb olan əsas məsələlərdən biri də torpaq sahələrinin bahalaşmasıdır".
Havar Şəfiyeva