Lill şəhərində iki bina çöküb

Lill şəhərində iki bina çöküb

Fransanın Şimalında yerləşən Lill şəhərinin mərkəzində Pierre-Iauroy küçəsində yerli vaxtla səhər saat 9-da iki bina uçub. 

Şimal departamentinin yanğın və xilasetmə xidməti böyük xilasetmə əməliyyatına başlayıb. Şəhər sakinlərinə şəhərin bu hissəsinə getməmək məsləhət görülüb. Hadisə yerində 48 təcili yardım maşının olduğu bildirilir. 

Binaların uçması səbəbləri və yaralıların mümkün sayı haqqında məlumat yoxdur. Qonşu binaların sakinləri təxliyə olunub.