İzmirdə meşə yanğını başlayıb, təyyarə və helikopterlər cəlb olunub

İzmirdə meşə yanğını başlayıb, təyyarə və helikopterlər cəlb olunub

Türkiyənin İzmir şəhərindəki Ilıpınar məhəlləsindəki meşəlik ərazidə yanğın başlayıb.

 “TRT Haber” xəbər verir ki, yanğının söndürülməsinə 3 təyyarə, 5 helikopter, 17 su tankeri, 8 su təchizatı maşını və 3 buldozer cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.