İstanbulda otelə silahlı hücum olub

İstanbulda otelə silahlı hücum olub

İstanbulda otelə silahlı hücum olub və hazırda atəş açanların axtarışı davam edir. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Türkiyə qəzeti məlumat yayıb.

“İstanbulda 4 mərtəbəli otel binasına  hücum edilib. Bəzi güllələr sərnişinlərin olduğu avtobusa da dəyib”, - deyə media qeyd edir.

Hazırda otelə hücumu həyata keçirən şəxs və ya şəxslərin axtarışı aparılır. Hücum nəticəsində itkilər barədə məlumat verilməyib.

Havar Şəfiyeva