İordaniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb.
Bu barədə “Petra” agentliyi məlumat yayıb.
İordaniyanın Silahlı Qüvvələrinin Baş Komandanlığındakı mənbə bildirib ki, “AH-1 Cobra” helikopteri bazar ertəsi günorta ölkənin şimal-qərbində yerləşən El Belka əyalətində təlim uçuşu zamanı qəzaya uğrayıb.
Digər pilotun yaralandığı bildirilib.